Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü
Hadisə 1064

Almaniyada Azərbaycan əsilli qadın hücuma məruz qalaraq öldürülüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Şimali Reyndə baş verib.

Lemqo şəhərində maskalı velosipedçi 33 yaşlı piyadanın başına daha əvvəl tezalışan mayeyə batırılmış yanan əski atıb.

Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb.

Məlumata görə, ölən şəxs Azərbaycan əsillidir.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

Cinayətin başvermə səbəbi hələ məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər