Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi təxirə salınıb

Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi təxirə salınıb
Hadisə 3

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

BAKUWS report-a istinadən xəbər verir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi oktyabrın 17-nə təxirə salınıb.

Qeyd edək ki, bundan öncəki prosesdə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftçalanın sabiq icra başçısına hökm oxunur

Neftçalanın sabiq icra başçısına hökm oxunur

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-in keçmiş başçısının birinci mü...

347 Hadisə 12:57 29 oktyabr 2021

Son xəbərlər