Alimpaşa Məmmədovun həbs müddəti Baş Prokurorluğun təqdimatı ilə uzadılıb

Alimpaşa Məmmədovun həbs müddəti Baş Prokurorluğun təqdimatı ilə uzadılıb
Hadisə 88

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, təqdimatda seçilmiş həbs-qətimkan tədbirinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi təqdimatı təmin edərək Alimpaşa Məmmədovun həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı qərar verib.

Qanuna görə istintaq orqanı tərəfindən aparılan ibtidai istintaq 13 ay ərzində başa çatmadığı halda Baş prokuror və ya onun birinci müavini istintaqın daha 6 ay uzadılması ilə bağlı məhkəməyə təqdimat verə bilər.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Alimpaşa Məmmədovun həbs müddəti uzadılıb

Alimpaşa Məmmədovun həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı...

5 Hadisə 12:32 24 avqust 2021

Son xəbərlər