Əhməd bacısı və bacısı qızını da öldürməkdə şübhəli bilinir
13
fev
2024
19:48
Xəbər verildiyi kimi, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKU.WS xəbər verir ki, Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda ibtidai istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda ailəsini qətlə yetirməkdə şübhəli olan şəxsin taksi kimi sürdüyü maşının görüntüləri - VİDEO
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun avtomobilinin görüntüləri yayılıb. Baku TV xəbər verir ki, a...