Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO
Foto
Hadisə 67

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduğu, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıb.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39000 manat nağd pul eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda... - Şok təfərrüat

Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda... - Şok təfərrüat

Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Pərvizi (adlar şərti verilib - red.) qətlə yetirib....

752 Hadisə 17:55 25 fevral 2023

Son xəbərlər