Ağdərədə minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib

Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
***20:00
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ baş verdi
İyunun 4-də Lerik rayonunda baş verən zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumata görə, Azərbaycan Milli...
