Ağdərədə mina partlayışı zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 03.08.2026-cı il tarixdə saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
***11:19
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Oxşar xəbərlər
Buzovnada dənizdə 3 nəfər batıb, 1-nin meyiti tapılıb
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər batıb. Bu barədə BAKU.WS...