Ağdərə sakini mal-qara otararkən minaya düşüb
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıblar.
Məlumata görə, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...