Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib - FOTO

Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib - FOTO
Foto
Hadisə 11

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində 3 ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər