Ağdamda yük maşını minaya düşüb

Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində fevralın 14-də mina hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb. Partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***11:32
Ağdamda yük maşını minaya düşüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.
Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.
Oxşar xəbərlər
Bakıda TIR sürücüləri arasında dava: Bıçaqlama ilə nəticələndi, sürücüyə şərti cəza verildi
Bakıda TIR sürücüləri arasında dava olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda "ot bazarı" deyilən yerdə baş verib. Hə...