Ağdamda 4 il əvvəl öldürülən qızla bağlı axtarış aparılır - YENİLƏNİB - FOTO
Ağdamda dörd il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.
Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nərgiz Şikar qızı Nəcəfova olduğu bildirilir.
Verilən məlumata görə, onu atası, Şikar Süleyman oğlu Nəcəfov dörd il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.
***13:37
Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Meyiti tapılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.
Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Toyda kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu - ADLAR
Beyləqan rayonunda kütləvi zəhərlənmə olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 28-də Beyləqan şəhərində yerləşən “Gəlinqaya” şadlıq...