Ağcabədidə qadın bıçaqlandı, əri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 17-si saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qeyri-rəsmi nikahda yaşadığı qadını zorlayıb öldürdü — Azərbaycanda qanlı cinayət
Qadını zorlayaraq öldürən Yardımlı rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, 2017-...