Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb
25
noy
2023
09:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaṣlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.
Eyni zamanda davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda silahlı şəxslər tutulub - VİDEO
Abşeron rayonundan keçmiş məhkumlardan tapança və avtomatlar götürülüb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirlib ki, Abşeron Ra...