Ağcabədi polisi əməliyyat keçirdi: 20 nəfər saxlanıldı - FOTO

Ağcabədi polisi əməliyyat keçirdi: 20 nəfər saxlanıldı - FOTO
Foto
Hadisə 6

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan iki ədəd “Makarov” markalı tapança, iki ədəd daraq və beş ədəd patron aşkar edilərək götürülüb.

Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən iki nəfər saxlanılıb. Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Göygöldə əməliyyat: Qanunsuz narkotik və silahlar aşkarlandı - FOTO

Göygöldə əməliyyat: Qanunsuz narkotik və silahlar aşkarlandı - FOTO

Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar, həmçinin rayon ərazisində silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mət...

74 Hadisə 12:55 19 yanvar 2023

Son xəbərlər