Adına şirkət qurulduğunu öyrənən kişinin intiharı ilə bağlı cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 15 fevral 2022-ci il tarixində Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.
Xatırladaq ki, ölümündən bir neçə gün öncə mərhum Zaur Sovqatov aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.
Oxşar xəbərlər
Aldadılaraq adına şirkət yaradıldı, vergi borcu yarandı, özünü meşədə asdı
Astara sakini özünü asaraq intihar edib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə baş verib. 1981-ci...