Abşeronda sel suları küçələri basdı: Evlərin həyətini yuyub apardı - VİDEO

Abşeronda sel suları küçələri basdı: Evlərin həyətini yuyub apardı - VİDEO
Video
Hadisə 228

Ölkə ərazisində yağan güclü leysan Abşeron rayonunun Görədil kəndində də bir sıra fəsadlara yol açıb.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sel suları yolları, yaşayış evlərinin həyətlərini yuyaraq aparıb.

Sel o qədər güclü olub ki, hətta avtomobil yolunu da keçilməz edib.

Güclü yağış məhəllə arası yollarda kanalizasiya xətlərini də sıradan çıxarıb.

Məsələ ilə bağlı sakinlərin müraciəti əsasında yerli icra nümayəndəliyi və bələdiyyə əraziyə baxış keçirib.

Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daşkəsəndə güclü sel - FHN əməkdaşları bölgəyə ezam olundu

Daşkəsəndə güclü sel - FHN əməkdaşları bölgəyə ezam olundu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonunda güclü sel nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək üçün rayona ezam olunub.Bu barədə Trend-ə açıq...

1062 Hadisə 10:26 25 iyun 2018

Son xəbərlər