Abşeronda çirkab suları gölə axıdan dəri emalı sexinin rəhbəri məsuliyyətə cəlb olunub

Abşeronda çirkab suları gölə axıdan dəri emalı sexinin rəhbəri məsuliyyətə cəlb olunub
Hadisə 1

Abşeronun Aşağı Güzdək qəsəbəsində yerləşən “Daşagil” gölünün yaxınlıqdakı dəri emalı sexi tərəfindən çirkləndirilməsi faktı aşkar olunub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Aşağı Güzdək qəsəbəsində yerləşən dəri emalı sexinin çirkab sularının “Daşagil” gölünə axıdılması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib.

Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər