Abşeronda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda avtomobillər toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Qeyd olunur ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...