ABŞ-da partlayış olub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Uiçito şəhərində (Kanzas ştatı) baş vermiş partlayış zamanı azı 3 polis əməkdaşı yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli idarəsinin tvitterdəki səhifəsində bildirilir.
Qeyd edilir ki, asayiş keşikçiləri bu ərazidəki evi yoxlamağa gediblər. Bu zaman baş verən hadisə zamanı 3 asayiş keşikçisi yaralanıb. Hadisənin partlayış olduğu ehtimal edilir.
Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan ikisinin xəsarəti yüngüldür, bir nəfərin vəziyyəti isə ağırdır.
Polis daha sonra bildirib ki, yaralılardan biri xəstəxanadan evə buraxılıb.
Oxşar xəbərlər
Xırdalanda avtobus aşdı - Yaralı sərnişinlərdən XƏBƏR VAR - VIDEO (YENİLƏNİB)
Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki T...