SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Taqansk Rayon Məhkəməsi Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyevi həbs edib.

BAKU.WS-in məlumatına görə, onun barəsində iki ay – noyabrın 21-ə kimi həbs qəti imkan tədbiri seçilib.

E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O, bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə bu vəsatəti rədd edib.

Rusiya Daxili İşlər Nazirliyi isə reperin qəza törədərkən narkotik maddənin təsiri altında olduğunu açıqlayıb. Müayinə zamanı onun qanında narkotik maddə tapıldığı bildirilib. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Moskvada “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb. Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.

Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi - bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü 26 yaşlı müğənni Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.

BAKU.WS
VİDEO

QALEREYA