VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN "102" mərkəzinə zəng edərək atasının qətlə yetirildiyini və evin qarət olunduğunu bildirib.

Baku Tv xəbər verir ki, daxil olan məlumat inzibati əraziyə nəzarət edən Sabunçu RPİ 12-ci PŞ-nə verilib və əməliyyat qrupu hadisə yerinə yollanıb.

Qonaq otağında, divanın üzərində oturaqlı, qana bulaşmış vəziyyətdə kişi meyiti aşkar edilib. Məlum olub ki, mərhum 85 yaşlı Əkrəm Tağı-zadədir.

Ağır cinayət əməllərini törətdiyinə əsaslı şübhələr olduğuna görə qəsəbə sakini Sakit Mirzəyev həmin gün saxlanılıb.

Sabunçu rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əkrəm Tağı-zadənin ölümünə - açıq, qəlpəli sınıqlarla əlaqədar beyin maddəsinə qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, avqustun 20-si saat 10 radələrində Sakit Mirzəyev qonşusu Əkrəm Tağı-zadənin yaşadığı Ramana qəsəbəsi, Bunyatzadə küçəsində yerləşən nömrəsiz evdə olarkən sonuncunun ona gəlini Tahirə Tağızadə ilə aralarında intim münasibətlərin olması barədə məlumatının olduğunu deyib, iradını bildirib. Bunu bəhanə edən Mirzəyev xuliqanlıq niyyəti ilə Tağı-zadəni öldürmək qərarına gələrək niyyətini həyata keçirmək məqsədilə özünün yaşadığı evin həyətinə qayıdıb.

Dolabdan bir ucu mismarçıxaran, digər ucu yastılanmış ling formalı təsərrüfat təyinatlı əmək alətini götürüb və yenidən qonşusunun evinə gedib. Seçdiyi əzabverici üsulla fiziki imkanlarına görə müqavimət göstərmək iqtidarında olmayan Əkrəm Tağı-zadənin baş nahiyəsinə alətlə ardıcıl zərbələr vuraraq, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Sakit Mirzəyev bildirib ki, qonşuluqda yaşayan Əkrəm Tağı-zadəni və onun ailə üzvlərini 2016-cı ildən tanıyıb, hadisədən 4 ay qabaq Əkrəmin oğlu Kamran və arvadı Tahirə ilə onun həyat yoldaşı Mükafatın arasında münasibətlər pisləşib. Belə ki, sonuncu Sakitin Əkrəmin gəlini ilə münasibətinin olduğunu düşünərək, onlarla dalaşıb.

Buna görə 12-ci polis şöbəsində araşdırma aparılıb. 2018-ci il avqustun 20-də səhər işə getməyə hazırlaşanda Əkrəm pəncərədən onu evinə çağırıb. Həmin vaxt qonşusu tək olub, Kamran və Tahirə Salyan rayonuna gediblər. Əkrəm "gəlini ilə gəzdiyini, buna baxmayaraq ərinin onu öldürmədiyini" deyib. Sakit qonşusuna bir neçə dəfə bunların yalan olduğunu desə də, sonuncu onu və Tahirəni öldürtdürəcəyi ilə hədələyib. Əkrəmin bu sözünə dözməyib və əli ilə onu özündən kənara itələyib.

Otaqdan çıxarkən qonşusu arxadan dəmir parçası ilə kürəyindən möhkəm zərbə vurub. Əsəblərini cilovlaya bilməyən Sakit mismar çıxaran аləti götürüb, Əkrəmin evinə qayıdıb və baş nahiyəsinə 1 dəfə vurub. Qonşusu arxası üstə divana yıxılıb. Sakit təpiklə yataq otağının qapısını vuraraq açıb. Paltar dolabının qapısını açaraq, yığılmış əşyaları və paltarları döşəməyə atıb, səliqə-səhmanı yaradıb ki, guya Əkrəmə naməlum şəxslər tamah məqsədi ilə xəsarət yetiriblər. Evin həyətindəki hamam otağında dəmir аləti su ilə yuyub və giriş qapısının arxasında olan dolabın içərisində, əmək alətlərinin yanına qoyub. 8-ci km bazarının yaxınığında кöynəyi zibil qutusuna atıb.

Əynindəki şalvarının yan cibində və digər yerlərdə qan ləkələri qaldığından ticarət mərkəzindən təzə şalvar alıb. Evə gedib ailə üzvləri ilə görüşdükdən sonra təslim olmaq üçün polisə getməyə qərar verib. Evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə аparılıb. Orda baş vermiş hadisəni danışaraq, əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamran Tağı-zadə ifadəsində göstərib ki, 2017-ci ilin yanvar ayında ailəsi və atası ilə birliklə Ramana qəsəbəsində yeni aldıqları evə köçüb, qoşuluqda yaşayan Sakit və onun ailəsi ilə tanış olublar. Mirzəyev təmir-tikinti işləri ilə məşğul olduğu üçün evindəki bəzi işləri o görüb. Həmin ilin avqust ayında arvadı Tahirə "İnşaatçılar" metrostansiyasının çıxışında yerləşən uşaq mağazasında satıcı işləməyə başlayıb. Uşaqları körpə olduğuna görə Sakitin arvadı onlara dayəlik edib. Qadın 2018-ci ilin mart ayındа uşaqlara baxmaq üçün 200 manat pulun onu qane etmədiyini bildirib və bu işdən imtina edib. Avqustun 5-də ailəsi ilə Salyan rayonunda yaşayan qayınatasının evinə qonaq gediblər. Ayın 20-də qonşusu Sevda Hümbətova zəng edərək atasının evdə yaralı vəziyyətdə aşkar edildiyini xəbər verib.

Saat 13 radələrində evə çatıb, daxil olduqda atasının meyitini qonaq otağındakı divanda aşkar edib, evdəki əşyalar dağınıq vəziyyətdə olub. Buna görə "102" xidmətinə zəng edərək atasının öldürüldüyünü xəbər verib.

Məhkəmə hesab edib ki, Sakit Mirzəyevə CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə),

120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO

QALEREYA