VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir.

Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:

- tam yandırılan evlərin sayı - 5

- tam dağıdılan evlərin sayı - 30

- atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37

İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.
 
BAKU.WS