VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunda yanğın baş verib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir-birinə bitişik tikilən ümumi sahəsi 72 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 kv/m sahədə, ümumi sahəsi 92 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 kv/m sahədə, ümumi sahəsi 83 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 kv/m sahədə, ümumi sahəsi 100 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS