SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZel" markalı avtomobilin sürücüsü 39 yaşlı Fizuli rayon sakini Orucov Siyavuş Telman oğlu həmin yolda hərəkətdə olarkən onunla əks istiqamətdə olan 65 yaşlı Ağsu rayon sakini Ağaverdiyev Təşkilat Ağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıblar. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS