SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 20-dən artıq kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır

BAKU.WS