Yardımlıda 104 abonent qazsız qalıb

13
avq
2020
22:57
Avqustun 13-də axşam saatlarında Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan ortatəzyiqli qaz xətti zədələnib.
"Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, qəza nəticəsində NİVA markalı maşın, təqribən, 35 m uzunluğunda qaz borusunu sürüyərək yararsız hala salıb.
Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Oxşar xəbərlər
Gəncədə 300-ə yaxın abonent qazsız qalıb
Gəncədə qaz xəttinin zədələnməsi nəticəsində 300-ə yaxın abonent qazsız qalıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Çay Depo qəsə...
