Azərbaycanda daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mil qəsəbəsinin sakini V.Quliyevin yaşayış məntəqəsinin ərazisində işlətdiyi hotelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin hoteli icarə əsasında işlədən V.Quliyev və orada olan iki nəfər “müştəri” saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda polis kafedə əməliyyat keçirdi - Əxlaqsızlıq yuvası aşkarlandı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırma...
