Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur - XİN

05
avq
2020
10:07
“Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb”.
BAKU.WS xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.
Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub.
Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...