SİZİN REKLAM BURADA!
055 213 76 73


İki gün öncə Ağdaşda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, hadisə zamanı “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Görüntülərdə “VAZ”ın sola dönmə əməliyyatını yerinə yetirdiyi, bu zaman arxadan gələn “Hyundai” markalı avtomobilin ona çırpılması əks olunub.

Qeyd edək ki, zərbənin təsirindən “Hyundai” yoldan çıxaraq aşıb, sürücüsü, Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu ölüb.

“VAZ”ın sürücüsü Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO