SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İtaliyada 13 xəstənin ölümündə şübhəli bilinən tibb bacısı həbs olunub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 55 yaşlı Fausta Bonino Pombino şəhərindəki xəstəxanada anesteziologiya və reanimatologiya bölmələrində çalışırdı.

61-88 yaş aralarında olan xəstələr 2014-2015-ci illər ərzində tibb bacısının onlara verdiyi dərman preparatından ölüblər. Bəzi məlumatlara görə, söhbət xəstələrdə güclü qanaxma yaradan antikoaqulyantlar gedir.

Polis bir neçə həftə tibb bacısının fəaliyyətini nəzarətdə saxlayıb. Hüquq-mühafizə orqanlarının kiçik bir xəstəxanda ölüm saylarının çox olması cəlb edib.

Araşdırmalar zamanı məlum olub ki, Bonino ölən xəstələrin hamısı ilə əlaqədə olub. 
 
BAKU.WS