Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib

Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
Hadisə 1187

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin həyat yoldaşı Lamiyə Mirzəzadə dünyasını dəyişib.

BAKU.WS report-a istinadən xəbər verir ki, L.Mirzəzadə ötən gün ürək çatışmazlığından vəfat edib.

Məlumat üçün bildirək ki, o, 21 yanvar 1933-cü ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra neft emalı zavodunda məsləhətçi hüquqşünas vəzifəsində çalışıb.

1962-ci ildə Bakı Dövlət Universitetinin aspirantura şöbəsinə qəbul olunub. 1969-cu ildən Azərbaycan Dövlət İqitsad Universitetinin “Hüquq” kafedrasının müəllimi vəzifəsində çalışıb. “Mülki hüquq” və “Əmək hüququ” proqramının müəllifidir və bir çox elmi konfranslarda çıxış edib. İqitsad Universitetinin “İqtisadi hüquq” kafedrasının baş müəllimi olub.

Xatırladaq ki, Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da 82 yaşında vəfat edib.

L.Mirzəzadə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadənin anasıdır.

Oxşar xəbərlər

Azərbaycanda yüksək vəzifələrdə işləmiş şəxs 87 yaşında vəfat etdi

Azərbaycanda yüksək vəzifələrdə işləmiş şəxs 87 yaşında vəfat etdi

Görkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov vəfat edib. BAKU.WS xəbər verir ki, 87 yaşlı görkəmli...

3084 Hadisə 10:58 15 aprel 2020

Son xəbərlər