Şəhid gizirimiz Yaşar Babayev dəfn edildi - FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
Şəhidimizin məzarı üstünə tər qərənfil və qızılgüllər düzülüb. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib.

Oxşar xəbərlər
Toyuna hazırlaşan Elçin şəhid oldu - VİDEO - YENİLƏNİB
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu Ağstaf...