Füzuli Ələkbərovun anası və xanımı koronavirusdan ölüb? - AÇIQLAMA

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks Şirkətlər Qrupu”nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova dünyasını dəyişib.
“Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi”, - məlumatda bildirilib.
Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
28 yaşlı oğlan 78 yaşlı qadını zorlayıb öldürdü
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi baş...