Gəncəyə güclü yağış yağıb, evləri su basıb - VİDEO

Gəncəyə güclü yağış yağıb, evləri su basıb - VİDEO
Video
Hadisə 1771

Gəncə şəhərinə yağan güclü yağış bir sıra fəsadlara yol açıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən yağıntı sonradan leysana çevrilib.

Güclü sel suları bəzi vətəndaşaların həyətlərinə dolub, hasarları yuyub. Bir özəl xəstəxananın hasarı uçub, qaz xətti sıradan çıxıb.

Həmçinin yağış suları şəhərin müəyyən ara küçələrinin yollarını da sıradan çıxarıb.

Təbiət hadisəsi təxminən 45 dəqiqə çəkib.

Hazırda Gəncə şəhərində yağış dayanıb.

Dəyən ziyanın miqdarı hesablanır.

İcra Hakimiyyəti başçısı Niyazi Bayramov və müavinləri Fövqaladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib.

Son xəbərlər