Masallıda yas mərasimi keçirənlər həbs edildi - FOTO

Masallıda yas mərasimi keçirənlər həbs edildi - FOTO
Hadisə 1139

Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb. Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər