SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Neftçala rayonu Bayat kəndi yaxınlığındakı fermalardan birində 16 yaşlı Aytac Qasımova intihar edib.
 
BAKU.WS-in Publika.az-a istinadən verdiyi məlumata görə, qız səhər saat 10 radələrində intihar edib.
 
Valideynləri həyətdə oturub çay içərkən birdən evdən güllə səsi eşidib və evə girəndə qızın ov tüfəngi ilə özünü öldürdüyünü görüblər. Tüfəng ailənin deyil, Aytacın atasının çoban işlədiyi fermanın sahibinin olub.
 
Aytacın özündən başqa 3 qardaşı olub. Sakinlərin sözlərinə görə, ailə problemli olmayıb. Qızın da ailəsi ilə narazılığı olmayıb.
 
A.Qasımovanın ailəsi əslən Lerik rayonundandır. Atası müxtəlif rayon və kəndlərdə çobanlıq edib ailəsini saxlayırmış.  Aytac və qardaşları heç vaxt məktəbdə oxumayıb.
 
Hazırda faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi açılıb.
 
BAKU.WS