SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda avtomobil qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ağcakənd kəndində qeydə alınıb.

Qəza nəticəsində 4 nəfər - 1989-cu il təvəllüdlü Günel Şirinova, onun bacısı, 1985-ci il təvəllüdlü Günay Şirinova, 1985-ci il təvəllüdlü Elşən İsmayılov və digər avtomobildə olan 1984-cü il təvəllüdlü Bəxtiyar Kazımov xəsarət alıblar. Onlar xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS