Beş saat döyüldüyünü deyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib. BŞBPİ sözçüsü deyib ki, iddialar həqiqəti əks etdirmir:
“O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb.
İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.
***09:01
Elvin Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, Elvin Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.
Oxşar xəbərlər
Qadına "dovşan" deyən polis orqandan xaric edilib - VİDEO
Bakının Yasamal rayonunda vətəndaşı təhqir edən polis orqandan xaric edilib. BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis p...