SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçay rayonunda intihar hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Rayonun Alıkənd kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu özünü körpüdən çaya atıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, E.Məmmədov ailəlidir, iki övladı var. Onun uzun müddət Rusiyada yaşadığı bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS
QALEREYA