SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası istiqamətində Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, minik maşını dönmə əməliyyatını düzgün etmədiyinə görə maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü və maşında olan bir qadın yaralanıb. Qadının ayağı sınıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, qəza səbəbindən ərazidə nisbətən sıxlıq müşahidə olunur.

BAKU.WS
VİDEO

QALEREYA