Qəza zamanı piyadanı avtomobil vurub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayondakı Heydar Əliyev adına parkın qarşısında qeydə alınıb.
Avtoqəza zamanı "Lada Priora" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən Tovuz rayon Alakol kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Amil Elman oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA