SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
  
BAKU.WS