Tikintidə qaldırıcı kran aşıb, 3 nəfər xəsarət alıb

Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər - Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlardan birinin vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qüdrət Şükürov döydürdüyü kürəkənini həbs etdirə bilmədi - özü həbsə gedir
Adı ABŞ-da korrupsiya qalmaqalına qarışan «Liftəmir» İstehsalat Birliyinin sabiq rəhbəri Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli ilə bağlı planları alt-ü...
