SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-ci il sentyabrın 16-da Suraxanı rayon prokurorluğuna "Zeytun bağları" sahəsində rayon sakini  41 yaşlı Sərhəng Qədirovun qətlə yetirilməsi haqda məlumat verilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, araşdırma zamanı, cinayəti mərhumun qonşusu Dostəli Abuzərovun törətdiyi məlum olub. O, səhəri gün Xaçmaz rayonunda tutulub.

Məlum olub ki, Dostəli Abuzərov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə 10 il azadlıqdan məhrum edilib.

Dostəli Abuzərov sentyabrın 16-sı səhər saat 8 radələrində sərxoş vəziyyətdə Yeni Suraxanı qəsəbəsində qonşusu Sərhəng Qədirovla görüşüb, sonuncunun narkotik vasitələri ondan alıb-satması barədə yaşadıqları qəsəbədə yaydığı şayiələrə aydınlıq gətirmək istəyib.

Buna görə birlikdə tanışı Muxtar Əliyevin idarə etdiyi avtomobillə Zeytunluq sahəsinə gediblər. Orada əvvəl təpiklə qonşusunun müxtəlif nahiyələrinə zərbələr vuraraq xəsarətlər yetirib.

Sonra niyyətini başa çatdırmaq məqsədilə üzərindəki ov bıçağı ilə Qədirovu öldürüb.

Dostəli Abuzərov  istintaqa ifadəsində Sərhəng Qədirovu öldürmək niyyətinin olmadığını, sonuncunun əlində 2 bıçaqla hücum etdiyini, məcbur olub, özünü müdafiə edərkən zərbənin ona dəydiyini bildirib. Qonşusu ilə aralarında düşmənçilik olmayıb.

Sərhəng də bacısını bıçaqladığına görə əvvəllər məhkum edilib, həmçinin o, narkotik vasitə istifadəçisi olub.  2018-ci ilin mart-aprel aylarında qonşusunun onun haqqında guya narkotiklərin satışı ilə məşğul olduğunu yayıb.

Bu barədə Sərhəngdən soruşanda sonuncu üzr istəyərək bir daha belə söz-söhbət olmayacağını bildirib. Lakin hadisədən 5-10 gün əvvəl eyni qaydada şayiələrin təkrar yayıldığını eşidib.

Sentyabrın 16-da taksi fəaliyyəti ilə məşğul olan Muxtarın köməkliyi ilə maşında olan əşyaları evə boşaldarkən Sərhəngin küçədə dayandığını görüb ona "özünün narkotik satdığını, amma onun adını hallandırdığını" deyib.

Qonşusu yanına gəlib bu söhbətin 6 ay əvvəl olduğunu və buna görə ondan üzr istədiyini söyləyib. Dostəli hazırda da kənddə bu şayiələrin getdiyini deyib.

Sonra hər üçü avtomobilə əyləşib, Muxtar maşını Sərhəngin dediyi istiqamətdə sürüb, Zeytunluq sahəsinə çatdıqda dayanmasını tələb edib, avtomobildən düşüb.

Sərhəngin hər iki əlində bıçaq olduğunu görüb. Qədirovdan bir də məhəllədə narkotik satmamasını tələb etdikdə qonşusu bıçaqla ona tərəf zərbə atıb və qəflətən ayağı sürüşüb yerə yıxılıb.

Dərhal vurduğu təpik onun sifət nahiyəsinə dəyib. Sərhəng ayağa qalxdıqda bir-birlərinə qarşılıqlı bıçaq zərbələri atıblar.

Zərbələrdən biri onun sol böyür hissəsinə dəyib, həmin nahiyədən qan axıb. Muxtar Sərhəngi maşına mindirərkən bıçağı ayaq altına atıb, yaralını xəstəxanaya aparıblar.

Yolda əynindəki qara rəngli jileti çıxarıb qonşusunun yarasına sıxıb ki, qanaxmanın qarşısını alsın. Qeyri-rəsmi yaşadığı qadının evinin yaxınlığında maşından düşüb və bıçaqları özü ilə götürüb.

Abuzərov qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dostəli Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO