Sobanın üstündəki qazan partladı, ərlə arvad xəsarət aldı

23
may
2020
10:46
Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.
Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb. Müxtəlif yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Fərqinə Akif qızı xəstəxanaya çatdırılıb. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Əri Rusiyada olan kəndlisinin evinə girdi, qadını yerə uzatdı və... - Azərbaycanda 2 kişidən AĞLASIĞMAZ ƏMƏL
Kürdəmir rayonunda qətl, quldurluq və digər ağır cinayətlər törətməkdə ittiham olunan 1964-cü il təvəllüdlü Rahim Mirzəyev və 1992-ci il təvəllüdlü Səfail Yunus...
