SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöldə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki “Vətən” kafesində qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan 1992-ci il təvəllüdlü Günel Hüseynova naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub.

Faktla bağlı Göygöl Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

***2020-05-20 20:54

Göygöl rayonunda fəaliyyət göstərən kafelərin birində 25 yaşlı Yusif Rəhimov və 27 yaşlı Günel Hüseynovanı bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyatla 2002-ci il təvəllüdlü Aslan Musa oğlu Verdiyev tutularaq istintaqa təhvil verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, hadisənin səbəbləri aydınlaşdırılır.

Bildirək ki, A.Verdiyev Y.Rəhimovun xalası qızının keçmiş həyat yoldaşıdır. Böyük ehtimalla hadisə şəxsi münasibətlər zəminində baş verib.

16:40

Göygöl rayonunda qadınla kişi bıçaqlanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Hüseynova Günel və 1992-ci il təvəllüdlü Rəhimov Yusif bıçaqlanıblar. Hadisə kafelərin birində baş verib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlar əməliyyat olunublar. Vəziyyətləri orta-ağırdır.

Deyilənlərə görə, hadisəni Aslan adlı şəxs törədib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS