Bakıda plastik əməliyyat zamanı ölən qızın görüntüləri yayıldı - VİDEO

Bakıda plastik əməliyyat zamanı ölən qızın fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, Turanə Musazadənin şəkilləri sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı...
