SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qız təcavüzə məruz qaldığını bir il sonra başa düşüb. Təcavüzkarın kimliyi də müəyyənləşdirilib.

BAKU.WS oxu.az-a istinadən bildirir ki, martın 12-də Səbail Rayon Polis Bölməsinə 28 yaşlı Bakı sakini K.Məmmədova müraciət edib və təcavüzün qurbanı olduğunu deyib.

"Ərizə yaz, - asayiş keşikçiləri bildiriblər, - biz o yaramazı tutacağıq".

Lakin polis əməkdaşları təcavüz faktının sübutunun bu qədər çətin olacağını bilməyiblər.

Məlum olub ki, zorlanma hadisəsi keçən ilin aprelin 5-də, nə mənzildə, nə də ki küçədə - elə cinayətkarın "Volkswagen" markalı avtomobilində baş verib.

Təcavüzkarın kimliyi də müəyyənləşdirilib, amma əməliyyatçılar onu saxlamağa tələsmirlər. 

Şöbənin əməliyyatçılarını bir sual narahat edir: "Niyə görə qız təcavüzə uğradığını yalnız bir il sonra xatırlayıb?"

BAKU.WS