VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
II qrup Qarabağ müharibəsi əlili Manuel Məmmədovun qızı, bir müddətdir sosial şəbəkələrdə haqqında danışılan 12 yaşlı Röya Məmmədova bu gün vəfat edib.

BAKU.WS məlumat verir ki, bu haqda Facebook sosial şəbəkəsində məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Röya Məmmədova bu gün günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Röya Məmmədova xərçəng xəstəliyi ilə mübarizə aparırdı, O, bir neçə gün öncə əməliyyat olunmuşdu. Röyanın müalicəsi üçün millət vəkili Qənirə Paşayeva da dəstək vermişdi. Millət vəkili 12 yaşlı Röyanın müalicəsi üçün lazımi köməkliyi edəcəyini bildirmişdi. 

Allah rəhmət eləsin!
 
BAKU.WS