"Whatsapp"dakı koronavirus zarafatına görə saxlanılan şəxs: "İçkili olanda çəkiblər" - VİDEO
Zaqatalada koronavirus infeksiyası haqqında yalan məlumat yaydığı üçün saxlanılan şəxs danışıb.
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.
Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar.
Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmanlıq hissi keçirdiklərini bildiriblər.
Nadir Mahmudov Azərbaycan xalqından üzr istəyib: "İçkili olanda uşaqlar məni videoya çəkib və "Whatsapp"da yayıblar. Zaqatala rayonu və rayonun Əliabad qəsəbəsində heç bir virus yoxdur".
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...